Şeyx Hacı Həmzə əfəndi indiki Azəıbaycan Respublikasına tabe Qarabağ əyalətinin Zəngəzur uyezdinin (mahalının) Cicimli kəndində 1213-cü il [m. 1798-99] tarixində seyyidül-əvan Seyid Mir Rüknəddin əfəndi həzrətlərinin mübarək, pak zürriyyətlərindən dünyaya qədəm basmışdır. Anasınm ismətli adı Qızxanımdır. Bu kənd şərqdən Şuşa qalası və Gödünzür adlı erməni kəndi, qərbdən Bərgüşad çayı, şimaldan Gorus qəsəbəsi, cənubdan Həkəri çayının arasında 150 evdən ibarətdir.Evləri qədim üsulla tikilmiş, basıq dam tikililərdir. Küçələri dardır. Şimaldan başlayaraq şərq tərəfıni bütünlükdə təqib edən və cənuba doğru uzanan Həkəri çayına yetişən bir dərənin üstündə 30-40 metr yüksəkliyində bir təpənin ətəyində yerləşmişdir.
Bu kəndin qərbində Cəbrayıl uyezdindən gələn bir yol vardır ki, Qızılqaya adlandırılan bu qayanın ətəyindən keçir. Qızılqayanın yüksəkliyi yoldan 60-70 metr qədərdir. Bu təpənin üzəri başdan-başa məzarlıqdır. Bu məzarlıqda Siffin hərbinin məşhur qazilərindən Malik Əştərə (r.a.) isnad edilən iki günbəz vardır. Rəvayətə görə, bu iki günbəzin biri Malik Əştərin mədfəni, digəri də ibadətgahı imiş. Adları oraca “Cüt günbəz” mənasını ifadə edən “Qoşa günbəz” ismi ilə məşhurdur.
Bir cevap bırakın